2017-ci ildə 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin kimliyi müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnir Polşada təşkil olunacaq.
"Avro-2017"nin seçmə mərhələsinin oyunları 23 mart 2015-ci il tarixindən 11 oktyabr 2016-cı ilə qədər davam edəcək. Pley-off mərhələsinin oyunları isə 7-15 noyabr 2016-cı il tarixlərində keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.