Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Partlayış Ədalət Sarayının binasında baş verib.
Partlayıcı qurğu binanın foyesində işə salınıb.
Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.
***
Ədalət Sarayında törədilən partlayışda ölənlərin ilkin sayı açıqlanıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli SANA Agentliyi partlayış nəticəsində azı 25 nəfərin öldüyünü xəbər verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.