"Bakı Metropoliteni" baş verən hadisələrin təfərrüatını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşazadə qeyd edib ki, özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib:
"Əslində, hadisə yerində olan və ya zəng edən KİV nümayəndələrinə bütün açıqlama verilirdi. Amma yenə də nə baş verdiyini yazım. Nəzərə alın ki, bayaqdan hadisə yerində idim və buradan ünvanladığınız suallara cavab verə bilmirdim. Hazırda işdəyəm və sizə açıqlama verməklə məşğulam. 28 may və Gənclik stansiyaları arasında tüstülənmə müşahidə edilmişdi. Dərhal əməkdaşlarımız tunelə düşdülər ki, hadisənin baş vermə səbəbini aydınlaşdırsınlar. Təlimata uyğun olaraq da, dərhal FHN yanğından mühafizə xidmətinə və təcili tibbi yardıma müraciət olundu. İki stansiyaarasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə Gənclik və 28 may stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər el diliyən desək öz ayaqları ilə metronu tərk ediblər".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.