Fransanın paytaxtı Parisdə vətəndaşlarla polislər arasında qarşıdurma yaşanıb.
Lent.az-ın “france24”-ə istinadən məlumatına görə, 56 yaşlı Çin vətəndaşı Li Şayon polis tərəfindən öldürüldükdən sonra Asiya icmasının 150-ə yaxın üzvü etiraz aksiyası keçirib.
Aksiyanın qarşısını almağa çalışan polislərlə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Hadisə zamanı 3 polis əməkdaşı yaralanıb.
Aksiyada iştirak edən naməlum şəxslər polis avtomobilinin şüşəsini sındırıb, onu yandırmağa çalışıblar.
Polis aksiya iştirakçılarını ərazidən uzlaşdırmağa cəhd göstərib, lakin bu vaxt aksiya iştirakçıları onlara daş və şüşə qablar atmağa başlayıblar. Polislərin açıqladığı məlumata görə, aksiya keçirən ən azı 35 nəfər saxlanılıb.
Deyilənə görə, polislər Çin vətəndaşının evində daxili münaqişə baş verdiyi üçün həmin məkana çağırılıb. Polis onun üzərinə bıçaqla hücum edən Li Şayona güllə açmaq məcburiyyətində qalıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.