banner
banner

Gündəm

General qaldığı otelin pulunu ödəməyib - FOTOLAR

General qaldığı otelin pulunu ödəməyib
Xəbər verildiyi kimi, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
İstefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın "AzeriDefence” portalı bildirir.
İstefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu. Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı. 
Belə bir kadrın birdən-birə istefaya göndərilməsinin səbəbi indi çoxlarını düşündürür. Bəs Elbrus Orucov niyə istefaya göndəilib.
"Qaynar"a daxil olan məlumata görə, general-mayor bu ilin 21-24 mart tarixlərində Gürcüstanda səfərdə olub və "Tiflis Palace" otelində qalıb. Lakin o, otelə ödəməli olduğu 783.73 larini (318.60 dollar) ödəməkdən imtina edib. Bu barədə otel nəzarətçisi Nino Çavçavadzenin adından Azərbaycanın Gürcüstandakı səfirliyinə göndərilmiş məktubda bildirilir.
Nino Çavçavadze məktubunda yazır ki, Elbrus Orucov Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi tərəfindən pulun ödəniləcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.