banner
banner

Dünya

Ukraynada baş konsulluq atəşə tutuldu

Ukraynada baş konsulluq atəşə tutuldu
Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vitse-konsul Kriştof Savitski bu məlumatı təsdiqləyib.
Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur. 
Ukrayna xarici işlər naziri Pavel Klimkin baş konsulluğun binasının atəşə tutulmasını təxribat adlandırıb: “Lutskda Polşanın baş konsulluğuna qarşı təxribatdan hiddətlənirəm. Bu, Polşa ilə dostluğumuza qarşı olanların alçaq hərəkətidir. Günahkarların cəzalandırılması üçün əlimizdən gələni edirik”.
Polşa XİN hadisə ilə bağlı Ukrayna səfiri Andrey Deşitsanı nazirliyə çağırıb.
Qeyd edək ki, bir müddət öncə Ukraynada Polşaya qarşı vandalizm aktları olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.