Evlilik proqramları ilə bağlı qanunun sərtləşdirilməsindən sonra müğənni Seda Sayan və aparıcı Esra Erol gözlənilməz qərar veriblər.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ikili birlikdə yeni veriliş aparmaq fikrindədir. Artıq yeni layihə üzərində işə başlayan cütlük tez-tez görüşüb bu məsələni müzakirə də edirlər. Qeyd edək ki, S.Sayan Show TV-də, E.Erol isə “ATV”-də evlilik proqramlarına aparıcılıq edirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.