Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Cia.az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək idarədə aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.
Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.
Məqbul qiymət almış şəxslərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.