banner
banner

Dünya

Tramp FTB şefini işdən qovdu - səbəb

Tramp FTB şefini işdən qovdu - səbəb

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edib. “Amerikanın səsi”nin məlumatına görə, səbəb kimi Kominin büronu effektiv idarə edə bilmədiyi göstərilib. Mayın 9-da bununla bağlı prezident Trampın məktubu yayılıb. Məktubda deyilir ki, “çox vacibdir ki, vətəndaşların FBI-a inamı və əminliyi bərpa edə biləcək yeni rəhbərlik təyin edilsin”.


Hələlik yeni direktor təyinatı baş verməyib, sadəcə, Kominin müavini müvəqqəti olaraq onu əvəz edəcək. Yayılan açıqlamada tezliklə FTB-yə yeni şəxsin təyin olunacağı bildirilir.


Qeyd edək ki, Kominin adı ötən il ABŞ-da keçirilən seçkilər zamanı gündəmə gəlib. Həmin vaxt FTB direktoru sabiq prezidentliyə namizəd Hillari Klintonun gizli yazışmalarda şəxsi elektron poçtundan istifadə etməsi ilə bağlı araşdırma başlatmışdı. Seçkilərə iki həftə qalmış başladılan bu istintaq seçkiyə iki gün qalmış bağlansa da, H.Klinton Komini ona qarşı fəaliyyətdə ittiham etmişdi.


Ceyms Komi 4 il əvvəl FTB direktoru təyin olunub və Amerika mediasına görə, hələ 6 il bu vəzifədə qala biləcəkdi. Ancaq ABŞ prezidenti Tramp dəlisov baş xəfiyyəni işdən atıb. Ehtimal ki, məsləhətçiləri Trampa Kominin ona da ciddi problem yaradacağı ilə bağlı xəbərdarlıq ediblər. Çünki 56 yaşlı FTB direktoru daha əvvəl prezident Bill Klinton və Corc Buşla da ciddi qalmaqal yaşayıb. Prezident Bill Klintonun əfv etdiyi şəxs haqqında yenidən cinayət işi açıb, eyni zamanda Corc Buşun hakimiyyəti zamanı 2004-cü ildə xüsusi xidmət orqanlarının hüquqlarının artırılmasına qarşı çıxıb və sənədi imzalamayıb. Və bu səbəbdən də 2006-cı ildə Komi istefaya göndərilib. Yalnız 7 ildən sonra C.Komi prezident Barak Obama tərəfindən FTB-nin direktoru postuna təyin olunub.


Kominin Hillari Klintonun mailləri barədə açıqlamasının seçkilərin taleyinə nə qədər təsirli olduğunu demək çətin olsa da, bu hadisə Konqresdə ciddi narazılığa və Komiyə qarşı ittihamlara səbəb olmuşdu. İndi isə seçilməsində dəstəyi olduğu prezident Komini işdən atır. Böyük ehtimalla Tramp Komini başına bəla etmək istəməyib. Çünki ABŞ qanunlarına görə, təyinat qərarını prezident versə də, FTB-yə dövlət başçısının birbaşa təsir imkanı yoxdur. Yəni Komi kimi “ipə-sapa yatmaz” birisi yəqin ki, Trampa da problem yaradacaqdı. Çünki hazırda məhkəmə sistemi faktiki olaraq ABŞ prezidentinin qərarlarını təsdiqləmir və artıq bir neçə prezident fərmanının icrası məhkəmə tərəfindən dayandırılıb. Üstəlik, Trampın başı üzərində hələ də Rusiya yarlığı Domokl qılıncı olaraq asılıb və Ağ Evin rəhbəri ara sakitləşdiyi üçün yavaş-yavaş özü üçün təhlükə törədə biləcək, açar nöqtələrə öz adamlarını yerləşdirməyə başlayır. Çünki bir neçə dəfə mediada FTB-nin prezident Trampın və yaxın ətrafının Rusiya ilə əlaqələrinə dair araşdırmalar aparması ilə bağlı xəbərlər yayıb. Hətta bir neçə məsləhətçisinin məhz Rusiya ilə əlaqələrinə görə haqqında FTB-də araşdırma başladılıb. Bu səbəbdən indi Trampın FTB rəhbərliyi postuna yaxın adamını yerləşdirməsi anlaşılandır.

Cİa.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.