Amerikanın Kaliforniya ştatında yaşayan 21 yaşlı Riçard Şefer özünü Disney multfilmindəki bütün şahzadə modellərinə bənzətməyə çalışıb.
Bu barədə “Daily Mail” yazıb. Qəzetin yazdığına görə, R.Şeferin 40 kostyumu, 30 pariki var və onların köməyi ilə özünü sevimli personajlara bənzədir. Gənc oğlan hər bir obrazın ərsəyə gəlməsinə iki saata yaxın vaxt sərf edir. Nəşrin yazdığına görə, kişi uşaqlığından bəri Disney multfilmləri ilə bağlı hər şeyi sevib. İndi isə o, həmin qəhrəmanlara bənzəmək üçün fərqli qiyafələrdən və makiyajlardan istifadə edir.
Yaratdığı “qəhrəman”ların hər birini Şefer öz Facebook səhifəsində paylaşır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.