İspaniyanın “Barselona” klubunda forma geyinən Lionel Messinin toy tarixi bəlli olub.
Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçu uzun müddətdir birlikdə olduğu sevgilisi Antonella Rokkuzzo ilə bu ilin iyunun 30-da nikah masasına oturacaq.
Mərasimin Argentinada baş tutacağı bildirilir. Qeyd edək ki, 29 yaşlı Messi 28 yaşlı Antonella ilə 2009-cu ildən görüşür. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var. Toydan 6 gün qabaq, yəni 24 iyunda futbilçu doğum gününü də qeyd edəcək. Onun bu il 30 yaşı tamam olur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.