banner
banner

Hərbİ

Ombudsman Aparatı hərbi hissələri yoxladı

Ombudsman Aparatı hərbi hissələri yoxladı

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatından Cia.az-a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Ombudsmanın nümayəndələri şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıblar.

Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində müddətli hərbi qulluqçular arasında aparılan hüquqi maarifləndirmə işinin təşkilinin yüksək səviyyədə olması müşahidə edilib.

Qeyd olunub ki, Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi şəhərciyində 60 mənzildən ibarət yaşayış binası ailəli hərbi qulluqçuların istifadəsinə verilib. Mülki Müdafiə Qoşunlarının hərbi şəhərciyində isə bütün növ mebel və avadanlıqlarla təmin edilmiş 40 mənzildən ibarət yaşayış binasının yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.