“Rusiya və Qazaxıstan təklif alsam da...” - Maradona
Dieqo Maradona BƏƏ-nin “Əl-Fudjayra” klubu ilə anlaşmasını şərh edib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Argentina futbolunun canlı əfsanəsi digər ölkələrdən də təklif aldığını bildirib:
“Bir çox təkliflər almışdım. Lakin daha əvvəl də demişdim. Mən Birləşmiş Ərəb Əmirliklərinin oğluyam. Ümid edərim ki, Dubayda olduğu kimi, Fudjayrada da işim uğurlu alınacaq.
Təbii ki, dünyada başqa ölkələr də var. Rusiya və Qazaxıstandan da təklif almışdım. Ancaq BƏƏ qəlbimə daha yaxındır. Yeni işimdə tam gücümlə çalışacağam.
Burada yaşamaq mənim ürəyimcədir. İmkanım olsaydı, heç vaxt BƏƏ-dən ayrılmazdım”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.