“Milan”ın qapıçısı Canluici Donnarumma “Mançester Siti”nin maraq dairəsindədir. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Mançester təmsilçisi gənc qolkiper üçün 30 milyon funt ödəməyə hazırdır. Donnarummanın meneceri ilə “Milan” arasında yeni müqavilə ilə bağlı razılıq hələ də əldə olunmayıb. Qeyd edək ki, 18 yaşlı qolkiper cari mövsüm “A” seriyasında keçirdiyi 36 oyundan 11-də qapısını toxunulmaz saxlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.