banner
banner

Dünya

İŞİD dinc sakinlərə hücum etdi

İŞİD dinc sakinlərə hücum etdi

İŞİD terrorçuları İraqın Mosul şəhərində 30 dinc sakini girov götürüb. 

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "İraqi News" agentliyi yayıb.

Xəbər verilir ki, yaraqlılar şəhər sakinlərinin kürdlərin hərbi birləşməsi olan Peşmərgə ilə əlaqələrinin olduğundan şübhələnərək onlara hücum edib. 

30 nəfərin qaçırılması isə Al-Raşidiyə rayonunda baş verib. Ələ keçirilmiş mülki şəxslər naməlum istiqamətə aparılıblar.

Bundan əvvəl xəbər verilmişdi ki, kürd qoşunları əvvəlcə İŞİD-in əlində olan Kobani şəhərinin nəzarətini öz üzərinə götürüb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.