Ermənistan hərbi texnikasının vurulduğunu təsdiqlədi
Adətən, Qarabağdakı itkilərini gizlətməyə çalışan işğalçı Ermənistan bu dəfə Azərbaycan Müdafiə Nazirliyinin məlumatının bir hissəsini təsdiqləmək məcburiyyətində qalıb. Qarabağdakı separatçı rejimə istinad edən erməni mediası mayın 15-i saat 16.30-da Azərbaycanın idarəolunan raketi tərəfindən bir ədəd hərbi texnikasının hədəfə alındığını və sıradan çıxdığını təsdiqləyib.
Musavat.com-un bildirdiyinə görə, xəsisliklə açıqlanan məlumatda məhv edilən “hərbi texnika” barədə müfəssəl xəbər verməyə lüzum bilməyən düşmən çox güman ki, Ermənistandakı etirazlardan çəkinərək canlı qüvvənin məhvini təsdiqləməyib.
Bununla bağlı "facebook" səhifəsində yazan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan da canlı qüvvə sarıdan itki vermədiklərini iddia edib. İşğalçı tərəf həyasızcasına baş verənlərə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.
“Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”-Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.