Dieqo Simeona “Atletiko” rəhbərliyindən yayda hücum xəttini gücləndirməyi istəyib. Madrid təmsilçisinin əsas transfer hədəfi Dieqo Kostadır. Həm rəhbərlik, həm də Simeone təcrübəli forvardın geri qaytarılmasınımn tərəfdarıdır. Kosta ilə razılıq əldə olunmasa, o zaman “Atletiko” diqqətini “Torino”nun və İtaliya millisinin üzvü Andrea Belottiyə yönəldəcək.
Qeyd edək ki, Madrid təmsilçisi “Torino” ilə hələ 4 illik müqaviləsi olan 23 yaşlı forvarda görə 60 milyon avro ödəməyə hazırdır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.