Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə deputatlar Avropada və dünyada baş verən siyasi hadisələr, insan haqları və demokratik dəyərlər ətrafında müzakirələr aparıblar.
Müzakirələrdə dinlərarası və mədəniyyətlərarası dialoqun vacibliyinə toxunan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov bildirib ki, müasir dünyamızı yalnız dünyanın siyasi xəritəsinin dəyişdirilməsi ilə deyil, o cümlədən ictimai həyatla bağlı bir sıra qlobal problemlərin əmələ gəlməsi və kəskinləşməsi ilə də səciyyələndirə bilərik. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, dini problemlər də kəskin şəkildə ortaya çıxır. Hərçənd bəzi separatçı qruplaşmalar öz fəaliyyətlərinə, çox vaxt terror əməllərinə haqq qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Belə şəraitdə mədəni müxtəlifliyin, sivilizasiyanın qorunması məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılması olduqca aktualdır.
Bu yaxınlarda bütün dünyanı sarsıtmış “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum faktını da xatırladan deputat həmkarlarının diqqətinə çatdırıb ki, fərqli dini məshəbləri siyasiləşdirməklə, iqtisadi problemlərin həllində onlardan istifadə etməklə xalqlar arasında böyük uçurum yarana bilər və bu zaman diqloq da qeyri-mümkün olacaq.
Deputat Sevinc Fətəliyeva isə Erməistanın Azərbaycan torpaqlarına qarşı 25 ildən artıq davam edən hərbi təcavüzündən danışıb. Qeyd edilib ki, nəticədə Azərbaycanın ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox insan doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Onların arasında ailə üzvlərini itirən uşaqlar da var. Bu gün torpaq həsrəti ilə yaşayan bu insanların hər birinin qəlbində doğma yuvalarına dönmək, ata–analarının, əzizlərinin məzarlarını ziyarət etmək arzusu var. Məhz bu hissin gücü Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərə - öz ata-baba yurdlarını ziyarətə getməyə sövq etdi. Həsən Həsənov öldürülüb, digər iki həmyerlimiz isə əsr götürülüb, onlara qondarma “cinayət işi” açılıb. Qondarma “məhkəmə” D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 illik həbs cəzası kəsib.
Deputat bildirib: “Azərbaycan qirovların azad olunması məsələsini beynalxalq təşkilatlar qarşısında qaldırıb. Əğər insan haqları bütün beynəlxalq təşkilatların gündəmindədirsə və ən əsas məsələlərdən biri sayılırsa, onda bu məsələ niyə hələ də həllini tapmayıb. Separatçı rejimin girovlar üzərində “məhkəmə” qurması bütün hüquq normalarını pozur. Deməli, Ermənistan heç bir qanun tanımır və ya bu qanunlara məhəl qoymur. Buradan bütün üzv ölkələri və AŞPA-nı Ermənistanı beynalxalq hüquqa hörmətlə yanaşmağa, təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə cağırıram”.//Qafqazinfo


