banner
banner

Hərbİ

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşü BAŞLADI

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşü

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb. 

Azərbaycan Müdafiə Nazirliyindən Cia.az-a verilən məlumata görə, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sülhün və sabitliyin pozulmasına yönəlmiş təhdiddir. Nazir bildirib ki, bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.

Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.