“Real”ın müdafiəçisi Danilo karyerasını İtaliyada davam etdirməyə yaxındır. Sağ cinah oyunçusu “İnter”ə transfer olunur. 2 il qabaq “Real” “Barselona” ilə mübarizədən qalib ayrılaraq Danilonu “Portu”dan heyətinə qatmışdı. Lakin o, “Kral klubu”nun əsas heyət üzvünə çevrilə bilmədi. Son zamanlar xeyli tənqidə məruz qalan braziliyalı müdafiəçi bu səbəbdən də klubunu dəyişmək qərarına gəlib.
Qeyd edək ki, Danilonun xidmətində “İnter”lə yanaşı, “Arsenal” da maraqlıdır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.