“Valensiya” yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib. 51 yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib: “Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil. Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. “Valensiya” iddialı olmalıdır”. Qeyd edək ki, “Valensiya” ilə 2 illik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq “Vilyareal”da çalışıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.