banner
banner

Gündəm

Dövlət universitetləri təhsil haqqını artırır

Dövlət universitetləri təhsil haqqını artırır

Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil haqlarını növbəti tədris ili üçün artırıb.  Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti təhsil haqlarını artıran universitetlər sırasındadırlar. Siyahıda daha hansı universitetlər var? Ümumiyyətlə, özəl universitetlərin təhsil haqlarını endirməsi dövlət ali məktəblərinə təsri edəcəkmi?

Cia.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, növbəti tədris ilində Dövlət Universitetlərinin bəzilərində təhsil haqları artırılacaq. Yəni özəl ali məktəblərin təhsil haqlarını endirməsi dövlət universitetlərinə təsir etməyəcək.

Bakı Dövlət Universitetinin rektor köməkçisi Məzahir Sultanovun sözlərinə görə, Univerisitetin hər il sifariş etdiyi qəbul planı tamamilə dolur. Buna görə də, yeni tədris ilində təhsil haqlarının endirilməsindən söhbət gedə bilməz. Əksinə bəzi ixtisaslarda təhsil haqları artırılıb. Universitetdə ümumilikdə ixtisasdan asılı olaraq bu il təhsil haqları 1600-2200 manat arasında dəyişir.

 

Bəzi ixtisaslarda növbəti tədris ili üçün təhsil haqlarını artıran dövlət universitetərindən biri də Neft və Sənaye Universitetidir. Bu universitetdə isə təhsil haqları ixtisasdan asılı olaraq 1300-1800 manat arasında dəyişir.

Azərbaycan Dövlət Pedeqoji Universitetində isə təhsil haqları ötən ildə olduğu kimi qalıb.

 

İqtisad və Dillər Universitetində də növbəti tədris ili üçün təhsil haqları artırılmayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.