banner
banner

Gündəm

Hesablama Palatası mənzil fondu ilə hökumətə təkliflər verdi

Hesablama Palatası mənzil fondu ilə hökumətə təkliflər verdi

Hesablama Palatası mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanmasını təklif edir.

Cia.az-ın məlumatına görə, bu haqda “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Nəzarət tədbirləri ilə müəyyən olunub ki, bir çox hallarda mənzil fondunun zərərinin müəyyən edilməsi zamanı zərərin əsassız artırılması, mənzil fondunun gəlirlərinin azaldılması və yığım səviyyəsinin aşağı olması hallarına rast gəlinib. Mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması barədə Hesablama Palatası tərəfindən müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

 

Hesablama Palatası bır sıra xərclərin icra faizinin aşağı səviyyədə olmasını nəzərə alaraq dövlət büdcəsinin tərtibi prosesinin əsaslı surətdə təkmilləşdirilməsini, o cümlədən proqnoz məbləğlərinin dəqiq hesablamalar aparılaraq tərtib edilməsini, büdcə təşkilatlarının əsas funksional fəaliyyətləri ilə bilavasitə əlaqədar olmayan xərclərin azaldılmasını və vəsaitlərdən yeni dövrün çağırışlarına uyğun olaraq qənaətlə və səmərəli istifadə edilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsini tövsiyyə edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Polis polkovnikindən ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!

Dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisə barədə rəsmi versiya elektrik xətlərində nasazlıq olsa da, bir sıra başqa iddialar da səsləndirilir. Yanğının qəsdən törədildiyini bildirənlər də var. Bəs bu ehtimal nə dərəcədə doğrudur?

“Ramiz Mehdiyevin kürəkəni özünü qanunlardan üstün bilir”

Mayın 15-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin cavabdeh, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vəkili qəfil xəstələnib və prosesin keçirilməsi növbəti dəfə əngəllənib.

Nazir onu vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.