banner
banner

Gündəm

Azərbaycanlı ifadə verdi, 23 məmur saxlanıldı

Azərbaycanlı ifadə verdi, 23 məmur saxlanıldı

Ukrayna Prokurorluğu və milli polisi ölkə tarixinin ən genişmiqyaslı əməliyyatını həyata keçirib.

15 vilayətdə 1,7 min polis əməkdaşının və 500 prokurorun iştirakı ilə başlayan əməliyyatda vilayət administrasiyalarının keçmiş vergi şöbələrinin rəisləri və onların müavinləri saxlanılıb. Ümumilikdə, 23 nəfər saxlanılıb və helikopterlə paytaxt Kiyevə çatdırılıblar.

Keçmiş məmurlar dövlətə 3,7 milyard dollar dəyərində zərər vurmaqda təqsirləndirilir. Onlara qarşı əməliyyat Ukrayna Fiskal Xidmətinin keçmiş rəisi, Azərbaycan əsilli Roman Nəsirovun ifadələri əsasında keçirilib. 76 milyon dollar büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən Nəsirov istintaqla aktiv əməkdaşlıq edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.