banner
banner

Gündəm

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmiləri Tiflisdə Gürcüstan mediasının nümayəndələrinə “Qafqazda Formula 1: Regionda Turizm ilə Avtoidmanın Birgə İnkişafı” mövzusunda təqdimat keçirib və iştirakçılara Azərbaycan Qran Prisi haqqında ətraflı məlumat veriblər.

Cia.az xəbər verir ki, Mayın 24-ü Mariott hotelində baş tutan görüşdə BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim çıxış ediblər.

Regionda turizmlə avtoidmanın qarşılıqlı inkişafı prespektivlərindən danışan Nigar Arpadarai Azərbaycanda baş tutan Formula 1 yarışına Gürcüstandan böyük maraq göstərildiyini bildirib: “Biz ötən il olduğu kimi bu il də Bakıda keçirilən Formula 1 yarışının Gürcüstanda təbliğinə xüsusilə çalışırıq. Ötən il Gürcüstandan paytaxtımıza yarışı izləmək üçün çox sayda Formula 1 azarkeşi gəlmişdi.

Bu il daha intensiv şəkildə apardığımız kampaniyalar və keçirdiyimiz görüşlər nəticəsində ötən illə müqayisədə daha çox gürcüstanlı turistin gələcəyini gözləyirik. İnanıram ki, Formula 1 azarkeşlərinin böyük maraq və həvəslə gözlədiyi Azərbaycan Qran Prisi region ölkələrində avtoidman mədəniyyətinin inkişafında böyük xidmət göstərəcək”.

 

Bakıda Formula 1 yarışının yay fəslinin başlanğıcında keçirilməsi ölkəyə xaricdən turist axınına səbəb olacağını qeyd edən Bülənt Özərdim Gürcüstanın Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələrdən biri olduğunu bildirib: “Bu il Bakıda bu yay 23-25 iyun tarixlərində baş tutacaq Formula 1 yarışına indiyədək 54 ölkədən bilet alınıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il daha çox bilet satılıb. Builki yarışa daha çox ölkənin maraq göstərməsinə baxmayaraq Gürcüstan hər iki il ilk beşliyə daxil olaraq öz qabaqcıl mövqeyini qoruyub saxlaya bilib. Nəticədə biz bu il keçən ildəkindən olduqca çox sayda gürcüstanlı turist gözləyirik”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.