Dünyanın ən bahalı ətri 228 min ABŞ dollarına satılır. Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Londonda məşhur ticarət mərkəzi “Harrods”da açılan “Salon de Parfum” mağazasında İngiltərə ətriyyatçısı Klayv Kristiyan No.1 adıyla xüsusi ətir düzəldib. Normal qiyməti 720 ABŞ dolları olan ətrin özəl hazırlanmış şüşə qabı 2 min sarı almazla, 24 karat qızıl işləmə ilə düzəldilib. Qabın üzərində olan aslan loqosu nadir tapılan çəhrayı almazla işlənilib. Ətir "Ginnesin Rekordlar Kitabı"na daxil olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.