Müğənni-bəstəkar Emin Ağalarov əfsanəvi müğənni Elvis Preslinin evində olub. Axşam.az-ın məlumatına görə, dünya şöhrətli müğənninin evindən foto paylaşan Emin bunları yazıb: “Memfisdə Qreysləndi ziyarət etmək həyatımda ən özəl gün idi. 1957-ci ildə Elvisin aldığı malikanə... Mən onun musiqisini sevdiyim üçün oxumağa başladım və hələ də öz şoularımda onun mahnılarını ifa etməkdən həzz alıram. Əsl fanatam! Möhtəşəm evinə səyahətim üçün Prisçilla Presliyə təşəkkürümü bildirirəm”. Qeyd edək ki, 1971-ci ildə Elvisdən boşanan Prisçilla Presli 1982-ci ildən onun Qreyslənddəki malikanəsini əhalinin ziyarəti üçün açıq elan edib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.