Çərşənbə axşamı peşmərgə qüvvələrinin Suriyanın şimalındakı Kobani şəhərini 134 gün davam edən döyüşlərdən sonra azad etməsi yurd-yuvasından uzaq düşən kürdləri sevindirib.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasından xilas edilərək kürdlərin nəzarətinə keçən Kobani şəhərində indi artıq dağıdılmış binalar, deşik-deşik olmuş divarlar nəzərə çarpır. PYD qüvvələri təmizlik işlərinə başlasalar da, Kobani kantonu başqa bir plan həyata keçirmək istəyir.
Döyüş izləri daşıyan bölgəni qoruyaraq açıq hava muzeyimə çevirməyi planlaşdıran kantonun Kobaninin Məştənur təpəsi adlanan yerdə yeni şəhər quracağı bildirilir.
Bu həm döyüşün izlərini qorumaq və kürd qüvvələrinin qazandığı zəfəri yaddaşlara həkk etmək, həm də yeni nəsilə göstərmək məqsədi daşıyır.
Bundan başqa, Kobani kantonu İŞİD yaraqlılarının zülmündən qaçaraq Türkiyəyə pənah gətirən kobanili qaçqınlara yazda geri qayıtmaq üçün müraciət edəcəyini də bəyan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.