banner
banner

Dünya

15 min fəhlə tətilə başlayır

15 min fəhlə tətilə başlayır

Türkiyədə metalurgiya zavodlarında çalışan 15 minə yaxın fəhlə ümumilli tətilə başlayır. Fəhlələr əmək haqqlarının artırılmasını və işçilərin maaşları arasında bərabərlik tələb edir. Tətilin ilk mərhələsində 20-dən çox zavodda, o cümlədən beynəlxalq şirkətlərin müəssisələrində çalışan 10 minə yaxın fəhlə işə çıxmayacaq.

İkinci mərhələ isə fevralın 19-da başlayacaq. İki həmkarlar ittifaqı - fəhlələrin və sahibkarların mənafeyini qoruyan qurumların öz aralarında razılığa gələ bilməməsi qalmaqalın bu həddə gəlib çıxması ilə nəticələnib.

Bİrləşmiş Metal İşçiləri İttifaqının rəhbəri Adnan Sərdaroğlu “Assoşieyted Press”ə verdiyi müsahibədə bildirib ki, aksiyaya səbəb təkcə maaşların aşağı olması deyil, eyni zamanda maaşlardakı bərabərsizlik, sosial hüququların pozulması, həmçinin rəhbərliyin rəsmi əmək müqavilələrini uzatmamasıdır.

Kütləvi tətillərin təkcə yerli Türk sənayesinə deyil, həmçinin Alstom, Şneyder, Delfi kimi iri beynəlxalq ağır sənaye şirkətlərinə təsir göstərəcəyi bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.