"Çelsi" İngiltərə Premyer Liqasında "Mançester Siti"yə qarşı matça ciddi itkilərlə çıxacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubundan Sesk Fabreqas və Felipe Luis sözügedən oyunda iştirak etməyəcək.
S.Fabreqas İngiltərə Liqa kubokunda "Liverpula" qarşı matçda zədələndiyi üçün, F.Luis isə səhhətindəki problem səbəbindən "Mançester Siti" ilə görüşü buraxacaq.
Qeyd edək ki, "Çelsi" - "Mançester Siti" oyunu yanvarın 31-i keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.