banner
banner

Hərbİ

Ukrayna ordusu mühasirədə

Ukrayna ordusu mühasirədə

Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə qondarma Donetsk Xalq Respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debaltsevo məntəqəsində nəzarəti ələ alıblar.

Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

"Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debaltsevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər", deyə Basurin bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.