banner
banner

Gündəm

Natiq Əliyev Türkiyəyə aparıldı

Natiq Əliyev Türkiyəyə aparıldı

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

Cia.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) APA-ya bildirilib ki, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.

Qeyd edək ki, N. Əliyevin ürəyində problemlər yaranmış və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilmişdi.

Modern.az-ın məlumatına görə, Natiq Əliyevin 70 yaşı var. O, 2013-cü ildən Azərbaycan Respublikasının energetika naziridir. 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.