banner
banner

Gündəm

Bakıdakı sərnişindaşıma şirkətləri birləşdirilir

Bakıdakı sərnişindaşıma şirkətləri birləşdirilir

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan  fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Cia.az-a verdiyi məlumata görə, birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir:

“Məqsəd müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır. Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr. – Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. – Şüvəlan qəs.), 204 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs), 213 (“Qara Qarayev” metrostansiyası – Surxanı qəs.), 216 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs.) nömrəli marşrut xətinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı “6 Dost” MMC adı altında fəaliyyət göstərəcək.

Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC- müvafiq maddi-texniki bazayla, avtonəqliyyat vasitələrilə, “D” kateqoriyalı  sürücü heyətilə təmin edilib”.

 

M.Ağayev deyib ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırki vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək:

 

“Daşıyıclar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istimarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standratlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir”.   

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.