banner
banner

Dünya

Məşhur türk aktyoru həbs oluna bilər

Məşhur türk aktyoru həbs oluna bilər

Ədalət və İnkişaf partiyasının deputatı Burxan Quzu aktyor Müjdat Gəzənin həbsini tələb edən qətnamə hazırlayıb.

B.Quzu sənətçinin şəxsinə həqarət etdiyini iddia edərək 2 il 4 ay müddətinə həbs olunmasını tələb edir.

Qeyd edək ki, cari ilin fevral ayında “Müjdat Gəzən Sənət Mərkəzinə” yönəlmiş “qundaqlama” hadisəsi baş verib. Nəzarət kamerasında naməlum şəxsin benzin bidonu ilə müəssisəyə yaxınlaşaraq, buranı alovlandırdığı görülür.

AK partiyasının deputatı bu hadisədən sonra, tanınmış aktyorun bəzi qəzet və internet saytlarında verdiyi açıqlamalarda şəxsinə həqarət etdiyini, şərəf və ləyaqətinin alçaltdığını əsas gətirərək istintaq başlatmışdı.

Anadolu Respublikası Prokurorluğununun nəzdində hazırlanan qətnamədə, M.Gəzənin “həqarət etmə” cinayətindən 3 aydan 2 il 4 aya kimi həbsi istənir.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.