banner
banner

Gündəm

Zakir Qaralovdan müxalifətə XƏBƏRDARLIQ

Zakir Qaralovdan müxalifətə XƏBƏRDARLIQ

“Özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həmin siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək.  

Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

 

Baş prokuror bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb.

 

“Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır, müxtəlif avtomobilləri hansı pulla alılar, xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər.

Nümunə kimi deyə bilərəm ki, hakim Yeni Azərbaycan Partiyası həm Maliyyə Nazirliyinə, həm də Ədliyyə Nazirliyinə hesabat verir.

 

Bəziləri qanundan danışırlar, amma özləri bu cür qanunsuz qrant korrupsiyasına qoşulublar. Onlar bilməlidirlər ki, son dövrlərdə baş verən hadisələr, aşkar edilən vəsaitlərin mənbələri bizim tərəfimizdən müəyyən ediləcək. Hesab edirəm ki, artıq vaxt çatıb ki, bu qurumların tam geniş şəkildə maliyyə mənbələrinin ciddiliiklə yoxlanılmasını təmin edək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.