ABŞ Qətər və Səudiyyə Ərəbistanının İŞİD-i maliyyələşdirməsindən xəbərdar olub.
Cia.az xəbər verir ki, “Wikileaks”in yaydığı yeni məxfi sənədlərdə keçmiş Dövlət katibi Hillari Klintonun öz seçki qərargahının keçmiş rəhbəri Con Podestaya 2014-cü il avqustun 17-də göndərdiyi elektron məktubda ABŞ-ın Yaxın Şərq siyasətindən bəhs olunur. Məktubda İŞİD-ə qarşı kürd peşmərgələrindən və Azad Suriya Ordusunun döyüşçülərindən isitfadə olunması təklif olunur.
“Bu hərbi və yarımhərbi əməliyyatlarımızın davam etdiyi zamanda, ənənəvi diplomatik və kəşfiyyat metodları ilə regiondakı radikal sünni qruplaşmalara maliyyə yardımı göstərən Qətər və Səudiyyə Ərəbistanına təzyiq göstərmək lazımdır”.
İyunu 5-də Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Mavriki Respublikası, Maldiv Adaları və Liviya hökuməti Qətəri ekstremizmi və terrorizmi dəstəklədiyi üçün onunla diplomatik əlaqələri kəsmişdi.
Ölkələr arasında aviasiya və dəniz əlaqələri kəsilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.