banner
banner

İdman

Formula 1-də maksimal sürət azalacaq – RƏSMİ

Formula 1-də maksimal sürət azalacaq –

“Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər”.

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və Formula 1 yarışları üzrə direktoru Çarli Vaytinq deyib.

O bildirib ki, bu il Formula 1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir:

 

“Ötən il maksimal sürət 378 km/saat olmuşdu, bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula 1-də dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu".

 

Ç.Vaytinq əlavə edib ki, Bakı və trass Formula 1 yarışı üçün hazır vəziyyətdədir. “Ötən illə müqayisədə Bakı Şəhər Halqası yarışa daha hazırlıqlıdır. Hər şey yüksək səviyyədə təşkil edilib”.

 

Ç.Vaytinq əlavə edib ki, Bakıda trekə baxışdan sonra təhlükəsizlik tədbirlərinə yenidən baxılıb: “Təxminən 6-7 döngədə təhlükəsizlik tədbirlərini gücləndirdik. Bu ildən Formula 1 bolidlərinin həcmi 20 sm artacaq. Lakin düşünmürəm ki, Formula 1 bolidlərinin qabaritlərinin artması təhlükə yaratsın".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.