banner
banner

Dünya

Almaniya “İncirlik” bazasını tərk edir

Almaniya “İncirlik” bazasını tərk edir

İyunun 19-da Almaniya parlamenti alman əsgərlərin və hərbi təyyarələrin Türkiyənin “İncirlik” hərbi hava bazasından çıxarılması məsələsini müzakirə edəcək. Doğan Xəbər Agentliyi Almaniya mediasına istinadən bildirir ki, xarici işlər naziri Siqmar Qabriel “İncirlik” bazasındakı almanların çıxarılmasının yeganə çıxış yolu olduğunu deyib.


Lakin Almaniya mediası son qərarı deputatların verəcəyini, bazanın tərk edilməsinin variantlardan biri olaraq qaldığını yazıb.


Qeyd edək ki, Almaniya və Türkiyə arasında münasibətlər ötən il Almaniya parlamentinin “erməni soyqırmı” qanunu qəbul etməsindən sonra soyuqlaşıb. 15 iyul qiyamından sonra isə daha da pisləşib. Almaniya hökuməti bu ölkəyə sığınacaq üçün müraciət edən türkiyəli zabitləri qəbul edib. Eyni zamanda rəsmi Berlin Ankaranın söz və ifadə azadlığını məhdudlaşdırmasını tənqid edir.


“İncirlik” ətrafında böhran isə Almaniya parlamenti deputatlarının bazadakı alman əsgərlərinə baş çəkmək istəməsi ilə başlayıb. Ankara alman deputatların “İncirliyə” girməsinə icazə verməyib. Almaniya hakimiyyəti isə bazaya girişə icazə verilməyəcəyi təqdirdə hərbçilərin başqa yerə köçürüləcəyini bəyan edib.


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, alman deputatlar “İncirlik” deyil, Konya vilayətində yerləşən NATO bazasını ziyarət edə bilər. Eyni zamanda nazir gələcəkdə şərtlər müvafiq olarsa, alman heyətinin “İncirliyə” gedə biləcəyini, ancaq hələlik şərtlərin ziyarət üçün uyğun olmadığını söyləyib.

Image result for Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu


Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen yaxın zamanlarda parlamentin müvafiq qərarı verəcəyini bildirib. Nazir deyib ki, “İncirlik” bazası İŞİD-ə qarşı mübarizə üçün çox əlverişlidir, lakin Ankara və Berlin arasında başlayan böhran səbəbindən artıq bazanı tərk etməyə hazırlaşırlar. Nazir eyni zamanda artıq “İncirlik” bazasına alternativin tapıldığını deyib. Onun sözlərinə görə, İordaniyada yerləşən “əl-Azrak” hava bazası “İncirlik” əvəzinə seçilə bilər. Artıq bununla bağlı İordaniya kralı ilə danışılıb və kral bazanın köçürülməsini dəstəkləyib. 
Qeyd edək ki, NATO-nun “İncirlik” hərbi hava bazasında hazırda Almaniya ordusunun 280 əsgəri və hərbi təyyarələri mövcuddur. Müdafiə naziri deyib ki, köçürülmə qərarı verildikdən sonra hərbçilərin və təxminən 10 min ton yükün daşınması müəyyən zaman alacaq və bu da İŞİD mövqelərini bombalayan təyyarələrin fəaliyyətinə təsir edəcək.

Image result for Angela Merkel


Xatırladaq ki, Almaniya baş naziri Angela Merkel də Brüsseldəki NATO toplantısında Türkiyənin alman deputatları “İncirlik” bazasına buraxmayacağı təqdirdə hərbçiləri bazadan çıxaracağını bildirmişdi. Belə bir qərar olarsa, bu, Almaniya-Türkiyə və AB əlaqələrinə növbəti ciddi zərbə olar. Hələlik Türkiyə hakimiyyətinin reaksiyası məlum deyil. Ancaq görünən odur ki, Ankara bazadan almanların çıxarılmasından narahat deyil.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.