BMT-nin Təhlükəsizlik Şurası Yəməndə törədilən terror aktını pisləyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənada ekstremistlərin hücumu nəticəsində 45 nəfər həlak olub, 75 nəfər yaralanıb.
Ölkənin cənubunda isə daha 30 nəfər “Əl-Qaidə” terrorçularının qurbanı olub.
BMT-nin Təhlükəsizlik Şurası Yəməndə törədilən zorakılıq hallarını qətiyyətlə pisləyərək bu cür hücumlara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırda paytaxt Sənanın bir sıra bölgəsində vəziyyət qeyri-sabit olaraq qalır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.