Çənubi Afrika Respublikasının ikinci ən iri şəhəri Keyptaunda 8 nəfər qasırğanın qurbanı olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli külək və yağışlarla müşayiət olunan qasırğa ölkənin cənub-qərb sahillərində ciddi fəsadlar törədib.
Keyptaun şəhərinin bir neçə bölgəsinin sakinləri təxliyə olunub. Şiddətli külək nəticəsində bir sıra ərazilərdə yanğınlar əmələ gəlib. Keyptaun şəhərinin əsas magistral avtomobil yolu bağlanıb
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.