banner
banner

Dünya

Britaniyada erkən parlament seçkiləri keçiriləcək

Britaniyada erkən parlament seçkiləri keçiriləcək

Bu gün Böyük Britaniyada milyonlarla seçici erkən parlament seçkilərində iştirak edəcək.

Bakı vaxtilə saat 10:00-da başlayacaq səsvermə prosesi Bakı vaxtilə saat 19:00-da başa çatacaq.

46.9 milyon seçici 650 millət vəkilinin seçilməsi üçün 40 min məntəqədə səs verəcək.

2015-ci ildə isə səs vermək üçün qeydiyyatdan keçən 46.4 milyon seçici var idi.

Bu il seçicilərin 16,4 faizi poçt yolu artıq səs verib.

2015-ci ildə seçkilərdə iştirak 66,4 faiz olub.

Son seçkilərdə Mühafizəkarlar partiyası Parlamentdə 650 yerin 331-ni qazanıb, Leyboristlər isə 232 yerlə kifayətlənməli olub.

326 yeri qazanmaq üstünlük əldə etmək üçün bəs olur.

Bundan əvvəlki seçkilərdə səsvermə məntəqələri məktəblərdə, icma və dini mərkəzlərdə, hətta pub-larda, paltaryuma məkanı və avtobusda da yerləşib.

Gecə yarısı ilkin nəticələr, cümə günü axşamı isə son nəticələr bilinəcək (BBC).

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.