banner
banner

Gündəm

Hüseynbala Mirələmovun yanına heç kimi buraxmırlar

Hüseynbala Mirələmovun yanına heç kimi buraxmırlar

Milli Məclisin deputatı Hüseynbala Mirələmov insult keçirib. Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır.

Hüseynbala Mirələmovun yaxın dostlarından olan deputat Hadı Rəcəbli cia.az-a açıqlamasında  onun səhhəti ilə bağlı son məlumatı verib:
“Hüseynbala Mirələmov birinci gün xəstəxanadan çıxmalıdır. Səhhətində elə ciddi problem yoxdur. Hüseynbala müəllim reanimasiyada olduğundan heç kimi yanına buraxmırlar. Hər dəqiqə həkimlərlə əlaqə saxlayıb durumu ilə maraqlanıram. Səhiyyə Nazirliyinin  müavini Hüseynbala müəllimin səhhətini diqqətdə saxlayır”.

Hadı Rəcəbli Hüseynbala Mirələmovun halının pisləşməsinin çox yeməklə əlaqələndirilməsinə də aydınlıq gətirib.  

“Hüseynbala Mirələmov bir neçə gün idi ki, oruc tuturdu. Deyirlər ki, çox yediyindən halı pisləşib. Əgər Hüseynbala müəllim yemək həvəskarıdırsa, niyə oruc tuturdu?! Yayılan xəbərlər doğru deyil. Həm yaş baxımından, həm də gərgin işlədiyindən səhhətində kiçik problem yaranıb.  İndi hər şey qaydasındadır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.