banner
banner

Sosİal

Müəllimlərə pis xəbər

Müəllimlərə pis xəbər

“Qayda pozuntularına, köçürmə hallarına imkan yaradan 263 nəzarətçi bazadan xaric edilib”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, 2014-cü ildə test imtahanlarına nəzarətçi kimi 14392 müəllimdən 9061 nəfər buraxılış imtahanlarında, 6558 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.

O həmçinin bildirib ki, qəbul və buraxılış imtahanlarında nəzarətçi müəllimlərin fəaliyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticlələrinə əsasən, 771 nəfər nəzarətçi-müəllimə təşəkkür elan edilib. 26 nəzarətçi müəllim fəxri fərmanla təltif edilib. 

TQDK sədri təltif edilən müəllimlər içərisində Ana dili və riyaziyyat fənn müəllimləri çox az olduğunu da qeyd edib. O, bunu həmin fənn müəllimlərinin iştirak etdiyi imtahanların sayının 30-dan az olması ilə əlaqələdirib. “Bu fənnlər əsas fənn olduğu və imtahanlarda qeyri-fənn müəllimlərinin nəzarətçi təyin edildikləri üçün bu iki fənn müəllimləri təltif olunanlar sırasında deyil. Lakin təşəkkür edilən 771 nəzarətçi-müəllimlər arasında kifayət qədər ana dili və riyaziyyat fənn müəllimləri var”.

Xatırladaq ki, indiyədək TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, 248 müəllim fəxri fərmanla təltif edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.