Məktəblərin sentyabrın 15-i başlayıb, iyunun 14-də yekunlaşması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Buna deputatlar da öz etirazlarını bildirirlər. Bütün bu qınaqlara baxmayaraq təhsil müddətinin uzadılmasında heç bir dəyişiklik edilmədi.
Rəsmi şəxslər də bu məsələyə ironiya ilə yanaşır. Məsələn, deputat Fazil Mustafa öz facebook profilində “İsti təklif” sərlövhəsi ilə belə bir status yazıb: “İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla ”kitayski" yelpik verilməlidir. Bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır. Təhsilimizi tərdən qorumaq üçün. İllərdir təhsilimizdə bilginin hələ də tərdən önə keçmədiyini görürük. Sentyabrın 1-i ənənəvi olaraq Azərbaycanda Bilik Günü kimi yadda qalıb, ancaq təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq. İctimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repetitorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi oksigen çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə qərarın dəyişilməyəcəyini dedi: “Bu, Nazirlər Kabinetinin müvafiq qərarıdır və iyunun 14-dək məktəblər tədrislə məşğul olmalıdır. Məktəblərdə bu müddət ərzində dərs keçilib-keçilmədiyini bizim monitorinq qrupumuz araşdırır. Monitorinqlər həm paytaxtda, həm də bölgə məktəblərində aparılır. Monitorinqlərin nəticələri toplanır, təhlil olunur. Əgər belə hallar baş verirsə, bununla bağlı həmin məktəbin müəllimi, yaxud da ki, digər şəxslərlə bağlı tədbirlər görülə bilər. Amma söhbət ondan gedir ki, bu qərar artıq verilib və iyunun 14-nə qədər tədris ili davam edəcək”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.