Ötən əsrin rus proletar yazıçısı, dünya ədəbiyyatının dahilərindən sayılan Maksim Qorki Bakıda olarkən şəhərimizi Neapola bənzətmişdi.
Ondan əvvəl Bakıda olan avropalı səyyahlar isə Azərbaycanın paytaxtını "neft və milyonlar səltənəti" adlandırmışdılar. Bakı elə indi də cazibədardır. Memarlığı, gözəlliyi ilə. Amma şəhərdəki restoranlar arasında dəbdəbəli məkanlar sayılanlardakı qiymətlər barədə bu sözləri demək çətindir.
Milli.Az Bakıda iki restorandakı şam yeməyindən sonra müştərilərə verilən hesab kağızlarının fotolarını təqdim edir. Hesab kağızlarından birində ödəniləcək məbləğ 919 manat, o birində isə 2010 manat 20 qəpikdir. Həmin restoranlar çox bahadır? Ola bilər. Hər halda "varlığa nə darlıq" demişlər. Maraqlı olan bu restoranlarda həmin astronomik hesab ödəyən şəxslərin "jest"ləridir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.