Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Ceyms Kominin Senatın Kəşfiyyat komitəsində prezident Donald Trampla danışıqlarına dair ifadə verməsindən bir həftə sonra ABŞ-ın baş prokuroru Ceff Seşşins bu gün eyni komitədə qanunvericilərin suallarına cavab verir.
Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi və Trampın prezident seçki kampaniyasını ilk günlərdən dəstəkləyən Seşşinsin Kominin mayın 19-da vəzifəsindən kənarlaşdırılmasında rolu məsələləri dinləmələrin diqqət mərkəzindədir. Komi FBI-ın Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatına rəhbərlik edib.
Ceff Seşşins deyib ki, Rusiyanın Vaşinqtondakı səfiri ilə keçən il keçidiyi iki görüş zamanı heç bir qeyri-münasib davranışa yol verməyib. Seşşins onun Rusiya rəsmiləri ilə keçən il prezident seçkiləri dövrü əlaqələrinə dair hər hansı bir iddianın yalan olduğunu bildirib.
Onun sözlərinə əsasən, o özünü Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqata nəzarətdən Trampın seçki kampaniyasının əsas müşavirlərindən biri olduğu üçün Ədliyyə nazirliyinin qaydalarına müvafiq olaraq kənarlaşdırılıb.
Seşşins Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla iki görüşü olduğunu bildirib. Bu görüşlərin biri Respublikaçılar partiyasının milli qurultayında, o biri isə onun Senatdakı ofisində baş tutub. Seşşins bildirib ki, bu görüşlərin heç birində o, Trampın kampaniyasının müşaviri kimi deyil, senator kimi iştirak edib və danışıqlar Trampın onu ölkənin hüquq-mühafizə orqanlarının baş rəsmisi vəzifəsinə nominasiya etməsindən əvvəl keçirilib.
Seşşins Vaşinqtonda Trampın xarici siyasət sahəsində nitq söylədiyi hoteldə Sergey Kislyakla söhbət etdiyini xatırlamadığını deyib.
O, seçki kampaniyası dövrü Rusiyanın Trampın demokrat namizəd Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyinə dair heç bir mülahizə eşitmədiyini bildirib ("Amerikanın səsi").
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.