banner
banner

Gündəm

Bir neçə dövlət qurumu ləğv edildi

Bir neçə dövlət qurumu ləğv edildi

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğu elan edib.

Cia.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında elan verilib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Azərbaycan prezidentinin "Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüquqi obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10.02.2017-ci il tarixli fərmanına əsasən ləğv edilmiş Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform" MMC-nin ləğvi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 may 2017-ci il tarixində sərəncam qəbul olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb.

"AzStandartinform" tərəfindən krediti və debitor borcları yaranan müəssisə və təşkilatlar elanını dərc olunduğu gündən 60 gün ərzində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Eyni zamanda, adıçəkilən fərmana əsasən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərən "AzSert" MMC ləğv olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb. "AzSert" tərəfindən kreditor və debitor borcları yaranan müəssisə və təşkilatlar bu elanını dərc olunduğu gündən 60 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.

Əlavə olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AZTEST) ləğv edilməsi barədə 04.05.2017-ci il tarixli sərəncamına və komitə sədrinin 07.06.2017-ci il tarixli əmrinə əsasən AZTEST ləğv edildiyini elan edib. AZTEST tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar iyunun 9-dan 15 gün müddətində Ləğvetmə Komissiyana müraciət edə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.