Müğənni Bülent Ersoy ötən gecə Arnavutköy istiqamətində görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamlarından birinin dəvətinə qatılan sənətçi çıxışda sualları cavablandırıb.
Ersoy söhbət əsnasında "Dünya güzellerim" proqramının Hindistandakı çəkilişlərində yaşadığı maraqlı hadisədən danışıb
"Mumbayda məni ilan sancdı, daha sonra isə öldü. Yazıq ilan, mənim zəhərim daha güclü imiş”.
Jurnalistlərlə danışan zaman Ersoy küçədən keçən çiçək satan uşağa 200 lirə bəxşiş də verib.


