Azərbaycanda vəhhabilərin biznes qaynaqları barədə Axar.az-a məlumat daxil olub.
Verilən xəbərə görə, paytaxtın Yasamal rayon ərazisində, Mirəli Seyidov küçəsində özlərini sələfi adlandıranların ticarət obyektləri fəaliyyətdədir. Keçmiş Musabəyov heykəlinə yaxın ərazi olan bu ünvanda yol boyunca obyektlər vəhhabilər tərəfindən idarə olunur.
Xəbərin ən maraqlı detalı isə “İstanbul lahmacun” kafesini işlədən vəhhabilərin arasında çeçenlərin də olması iddiasıdır. Onlar kafenin mətbəxində çalışır və əksər hallarda öz dilində danışırlar. Bu ərazidə qəssab dükanı və digər iaşə obyektlərinin də vəhhabilərə aid olduğu bildirilir. İddialara görə, vəhhabilərin əsas biznes qaynaqlarından biri ətriyyat bazarıdır. Bakının “Sədərək” və “Binə” yarmarkalarına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyindən ətriyyat malları idxal olunur. Bu məhsulların idxalı və satışında əsasən vəhhabilərin aparıcılıq etdiyi iddia edilir. Qeyd edək ki, son dövrlər hüquq mühafizə orqanları radikal təriqət üzvlərinin maliyyə qaynaqlarını araşdırır.
Deputat Cavanşir Paşazadə sözügedən bazarlarda vəhhabilərin qeydiyyata alınmasını təklif etmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı isə radikal qrupların maddi dayaqlarının məhv ediləcəyini açıqlamışdı.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.