banner
banner

Sosİal

Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir. Ölkədə 2200-dək məscid, 7 sinaqoq, 14 kilsə - həm katolik, həm də pravoslav kilsələrinin icmaları fəaliyyəti göstərir. Azərbaycanın dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Bütün bunlar dayanıqlı inkişafın göstəriciləridir”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.

M. Qurbanlı qeyd edib ki, dayanıqlı inkişafı ləngidən amillərdən biri də sürətlə silahlanmadır: “Dünyada hər il 1 trilyon 600 milyard dollar silahlanmaya sərf olunur. Bu vəsaitin 1 trilyonu yalnız NATO ölkələrinin payına düşür. Dünyada 160-ya yaxın münaqişə ocağı mövcuddur. Bu gün heç kim terrordan sığortalanmayıb”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.